"Bunu efirə görə tərgitmişdim. Ayağımı yerə vurub..."
Nanə Ağamalıyeva aparıcısı olduğu proqramda tamaşaçılara bir xüsusiyyətindən bəhs edib.
Loading.Az Milli.Az-a istinadən xəbər verir ki, xanım aparıcı efir vasitəsi ilə onu tənqid edənlərə üzünü tutub:

"Mən ümumiyyətlə çox bərkdən gülən insanam. Son dövrlərdə bunu efirə görə tərgitmişdim. Mənim tələbəlik vaxtında bir xasiyyətim var idi, hər kəs bilirdi ki, mənəm gülən. Çünki, güləndə ayağımı yerə vurub gülərdim. Bilirdilər ki, bu yenə gülür. Patokda hər kəs bilirdi ki, Nanə özündən gedib. Mən get-gedə bu gülməkləri efirdə tərgitdim. Yazırdılar ki, "Nə qədər gülürsən". Sonra, başladım kədərli mövzulara toxunmağa. Ağladıq, dedilər "Nə qədər ağlayırsan?". Yenə də qərar verə bilmədik. Bilmədim gülək, yoxsa ağlayaq. Son zamanlar dedim necə gülürsün elə də gül efirdə. Efirə də baxanda dedim "Nanə, burada nə bərk gülmüsən". Amma olanımdır da, belə gülürəm. Bir nəfər mənə dedi ki, mənim yoldaşımın gözləri görmür. Sizin veriliş başlayanda deyir ki, "O qızın gülməyini çox sevirəm". Bircə gülməyimizi hiss etmək üçün bizi izləyən insanlara mən təşəkkürümü bildirirəm (qəhərlənir). Düşünürəm ki, bu sevginin bundan ötə bir həddi yoxdur".