Formula 1 Azərbaycan Qran Prisi 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq - Biletlər satışdadır
Formula 1 Azərbaycan Qran Prisinin promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, şirkət "Yaşıl Strategiya"-ya keçməklə bundan sonrakı bütün fəaliyyətini daha yaxşı və daha yaşıl gələcək naminə dayanıqlılıq çərçivəsində quracaq.
Loading.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, paytaxt Bakının ev sahibliyi edəcəyi növbəti yarış həftəsonu 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq.
Aylarla davam edən intensiv hazırlıq işlərindən sonra əməliyyat şirkəti ərsəyə gətirdiyi yeni yaşıl proqramını şirkətin bütün fəaliyyətinə yaymağa çalışacaq. Bununla da Bakı yarışının promouteri bu ayın əvvəlində Formula 1 şirkətinin ictimaiyyətə təqdim etdiyi və 2025-ci ilədək bütün yarışların tam dayanıqlı çərçivədə keçirilməsini nəzərdə tutan dayanıqlılıq proqramını yerli miqyasda icra etməyə səy göstərəcək.
Yeni strategiya çərçivəsində əməliyyat şirkəti gələcək yarış həftəsonlarında dayanıqlı materialların istifadəsini genişləndirəcək, birdəfəlik istifadəyə yararlı plastik materiallardan istifadəni əhəmiyyətli dərəcədə azaldacaq və yarış məkanında yaranan tullantıların yenidən istifadə və emala göndərmək məqsədilə toplanması üçün bu məkanın hər bir tərəfinə tullantı çeşidinə uyğun xüsusi qutular yerləşdirəcək. Əməliyyat şirkəti yeni strategiyadan yola çıxaraq əməkdaşlıq etdiyi şirkətlərə və digər əlaqədar qurumlara paytaxt Bakıda baş tutacaq növbəti Formula 1 yarışına qədər və həmçinin yarış həftəsonu ərzində bu təşəbbüsdə iştirak etmək imkanı yaradacaq. Atılan bu addımlar eyni zamanda Formula 1 şirkətinin dayanıqlılıq proqramında yerli promouterlərlə daha dayanıqlı gələcək naminə görüləcək işlər arasında yer alır.
Qeyd edək ki, əməliyyat şirkəti yaşıl təşəbbüs çərçivəsində toplanmış tullantıları Bakı Autizm Mərkəzinə təhvil verəcək və mərkəz də öz növbəsində bu tullantıları əlaqədar emal müəssisələrinə verərək əldə olunan vəsaiti bu mərkəzdə xidmət görən aztəminatlı autizm uşaqlarının reabilitasiyasına sərf edəcək.
Həmçinin əməliyyat şirkəti dayanıqlılıq təşəbbüsü istiqamətində öz ofisində "Yaşıl Qaydalar"-a tam riayət olunmasını təmin etməklə bu strategiyanın şirkətdaxili mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilməsini həyata keçirməyə çalışacaq. Bu proses çərçivəsində kağız, enerji və suya qənaət olunacaq və həmçinin əməliyyat şirkətinin ofisində tullantıların çeşidlənməsi üçün xüsusi qutular yerləşdiriləcək. Bundan başqa, "Qış Bağçası" layihəsi çərçivəsində işçilərin şirkət ofisinə bitkilər gətirməsi tövsiyə olunacaq.
Nəzərdə tutulan bütün fəaliyyətləri tam reallaşdırmaq üçün əməliyyat şirkəti daxilində öz işçilərindən ibarət "Yaşıl Komitə" qurulub. Bu komitədə şirkətin bütün şöbələri təmsil olunur və komitə "Yaşıl Strategiya" ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində ən yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.
BŞH-nin icraçı direktoru Arif Rəhimov hamını yaşıl hərəkata qoşulmağa çağırır: "Bu sirr deyil ki, indiki dövrdə insanlığın üzləşdiyi ən böyük təhlükəyə səbəb yenə insanın özüdür. Buna görə əməliyyat şirkəti olaraq inanırıq ki, iqlim dəyişikliyinin gözəl planetimizə verdiyi zərəri azaltmaq üçün öz üzərimizə düşəni etmək olduqca əhəmiyyətlidir. Mən buna tam əminəm ki, hərəkətlər sözlərdən daha təsirlidir və ona görə də yeni təşəbbüsümüzdən yola çıxaraq deyə bilərəm ki, bu gündən etibarən şirkətimiz üçün yalnız yaşıl düşünmək yox, həm də yaşıl hərəkət etmək böyük önəm daşıyır. Biz Formula 1 ictimaiyyətinin tərkib hissəsi olan bütün dostlarımızı və tərəfdaşlarımızı, eynilə Formula 1 azarkeşlərini tullantılara qarşı birgə mübarizəyə və gələcək nəsillərə daha parlaq gələcək bəxş etmək üçün var gücümüzlə çalışmağa dəvət edirəm".