Kənan Heydərov

Kənan Heydərov Texnologiya 11-12-2019, 11:45

DİQQƏT! 31 dekabr tarixindən milyonlarla telefonda "Whatsapp" işləməyəcək

DİQQƏT! 31 dekabr tarixindən milyonlarla telefonda "Whatsapp" işləməyəcək
31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda çalışmayacaq.

LOADİNG.AZ baku.ws-ə istinadən xəbər verir ki, bu barədə WhatsApp şirkəti özü məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda "WhatsApp" çalışmayacaq.


Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq. "Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək.

Bu "Android" sistemlər üçün "WhatsApp" dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Burada bir məqamı qeyd etmək lazımdır. "WhatsApp" dəstəyinin dayandırılması istehlakçıların bu proqramdan istifadə edə bilməyəcəyi anlamına gəlmir. Yəni, bu tətbiqi yüklədiyiniz köhnə bir cihazınız varsa, göstərilən tarixlərdən sonra "WhatsApp"dan istifadə etməyə davam edə biləcəksiniz. Ancaq bir çox funksiya məhdudlaşdırılacaq. 

"WhatsApp" rəsmiləri göstərilən əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 419 428 436 398 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.