HASANLY

HASANLY Xəbərlər 11-12-2019, 15:00

Mikayıl Cabbarovdan qərar - İcrasına şəxsən özü nəzarət edəcək

Mikayıl Cabbarovdan qərar - İcrasına şəxsən özü nəzarət edəcək
İqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.
Loading.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.
Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş "Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması"nın 3.2-ci bəndindən "iqtisad" sözü çıxarılsın.
Həmçinin, "Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması"nın 4.2-ci bəndindən "iqtisad" sözü çıxarılıb.
"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması"nın 9.2-ci bəndindən "iqtisad" sözü çıxarılıb.
Bununla yanaşı "Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması"nın 9.2-ci bəndindən "iqtisad" sözü çıxarılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 264 340 354 327 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.