HASANLY

HASANLY Xəbərlər 11-12-2019, 16:30

Filarmoniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub

Filarmoniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub
Dekabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunmuşdur.
Tədbirdə Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Çox illər keçəcək, lakin azərbaycanlılar müdrikliyi və sarsılmaz mətinliyi sayəsində ölkəmizin gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoyub.
Sonra İohan Sebastyan Baxın "Ariya", Tomazo Albinoninin "Adagio", Eduard Napravnikin "Melanxoliya", İrji Bendanın "Grave", Fikrət Əmirovun "Andante sostenuto", Con Villiyamsın "Şindlerin siyahısı", Qabriel Farenin "Pavana", Jül Massnenin "Meditation", Volfqanq Amadey Motsartın "Andante" və "Fuqa" əsərləri səsləndirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 350 332 331 335 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.