HASANLY

HASANLY Xəbərlər 11-12-2019, 17:00

Azərbaycan hava limanları 5 milyondan artıq sərnişinə xidmət göstərib

Azərbaycan hava limanları 5 milyondan artıq sərnişinə xidmət göstərib
İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon sərnişin təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, bunun 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur.
Naxçıvan hava limanı 597 min sərnişinə xidmət göstərib, 140 min sərnişin isə ölkənin sıxlıq üzrə üçüncü aeroportu - Gəncə şəhərinin hava limanının xidmətlərindən istifadə edib.
11 ay ərzində Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" 1,86 milyon, aşağıbüdcəli "Buta Airways" aviaşirkəti isə 552 min sərnişin daşıyıb.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,8 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı "Türk Hava Yolları" (Türkiyə, 456 min sərnişin), "FlyDubai" (BƏƏ, 219 min), "Aeroflot" (Rusiya, 180 min), "AirArabia" (BƏƏ, 155 min), "UIA" (Ukrayna, 116 min), "Qatar Airways" (Qətər, 97 min), "Lufthansa" (Almaniya, 63 min) və "SCAT" (Qazaxıstan, 57 min) daxil olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 412 433 334 403 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.