Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 11-12-2019, 19:43

2019-cu ildə itirdiklərimiz - Siyahı

2019-cu ildə itirdiklərimiz - Siyahı
2019-cu il sənət aləmində bəziləri toylarla, boşanmalarla gündəmə gəlib. Eyni zamanda bu il itirdiyimiz sənət adamları da olub.

LOADİNG.AZ axşam.az-a istinadən 2019-cu ildə dünyasını dəyişən sənət nümayəndələrinin siyahısını təqdim edir:

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Aktrisa Məleykə Ağazadə aprel ayında dünyasını dəyişib. O, "Ulduz" filmindəki "Nazik" obrazı ilə tamaşaçılara tanış idi.

Əməkdar artist Nağəddin Məmmədov 2019-cu ildə itirdiklərimiz sırasında olub. Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında dünyasını dəyişib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova bu ilin iyulunda vəfat edib.

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov da 2019-cu ildə vəfat edib.

2019-cu ildə Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev vəfat edib.

Azərbaycan boyakarı, Xalq rəssamı Altay Hacıyev bu il dünyasını dəyişib.

Meyxanaçı Aydın Xırdalanlı bu ilin martında uzun xəstəlikdən sonra ölüb.

Aparıcı Ceyran Nəriman 2019-cu ilin yanvarında vəfat edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 392 363 356 332 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.