Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 11-12-2019, 22:38

Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçilib, 5,3 milyon avro mükafat alıb

Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçilib, 5,3 milyon avro mükafat alıb
Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb...

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.
İnterAz-ın məlumatına görə, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.  
Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya mərkəzinin və İnsan Migren Araşdırmaları mərkəzinin rəhbəridir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 367 370 366 346 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.