HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 12:04

Saatlı sakininin evindən 1 kiloqram marixuana götürüldü

Saatlı sakininin evindən 1 kiloqram marixuana götürüldü
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayon sakini Elçin Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat tədbirinin davamı olaraq E.Ağayevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 387 371 356 364 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.