HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 13:00

Çinin nəhəng radio teleskopu yerdən kənar həyatın axtarışlarına başlayıb

Çinin nəhəng radio teleskopu yerdən kənar həyatın axtarışlarına başlayıb
Çinin Quancjou əyalətində quraşdırılmış 500 metrlik "FAST" (Five hundred meter Aperture Spherical Telescope) teleskopu istismara verilib. Onun köməyi ilə neytron ulduzları, həmçinin yerdən kənar sivilizasiyalardan gələn potensial siqnalları öyrənmək mümkün olacaq.
Loading.Az ictnews.az-a istinadən bildirir ki, Çində nəhəng radio teleskopunun sınaq mərhələsi başa çatıb və tədqiqatçılar artıq onu istismara verməyə hazırdırlar. O, Çinin cənubunda Quyçjou əyalətində yerləşir, hələ 2016-cı ilin sentyabrında 500 metr eni olan sferik teleskopdan istifadəyə başlanılıb.
Alimlər FAST radio teleskopundan müxtəlif məsələlərin həlli, həmçinin yerdən kənar intellektin axtarışı məqsədilə istifadə edəcəklər. Bundan əvvəl teleskopdan yalnız sınaq rejimində Günəşdən 100 işıq ilinədək məsafədə yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin axtarışı üçün istifadə edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 304 308 279 326 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.