HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 13:00

Lujkovun ölüm səbəbi dəqiqləşdi

Lujkovun ölüm səbəbi dəqiqləşdi
Moskvanın eks-meri Yuri Lujkovun ölümünə səbəb infarkt olub.
Loading.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu siyasətçinin müalicə olunduğu Münhenin "Qrosshadern" klinikasının baş həkimi Karl-Valter Yaux açıqlayıb.
Yauxun sözlərinə görə, Lujkovun ürək xəstəliyi olub və onu təcili şəkildə xəstəxanaya çatdırıblar, müayinə ediblər. Müayinə onun bütün vacib damarlarının bağlı olduğunu göstərib. Həkimin sözlərinə görə, onları kateter vaitəsilə açıblar və bundan sonra Lujkovun vəziyyəti yaxşılaşıb, amma tezliklə onda ürəyin koronar damarlarından qanaxma müşahidə olunub. Bir qədər sonra ürək dayanıb.
"O, infarkt keçirmişdi və özünü pis hiss edirdi", - tibb işçisi əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 327 291 357 339 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.