HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 14:00

Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb

Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb
"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.
Loading.Az ictnews.az-a istinadən bildirir ki, "AeroSlide" qatarı quraşdırılmış maqnit halqalar daxilində hərəkət etməklə yerə toxunmayacaq. Elektromaqnit sahələr sayəsində 250 metrlik qatar saatda 800 km sürətlə hərəkət edəcək. Bundan başqa, alimlər tərəfindən qatarın çəkisinin azaldılması üçün üsul kəşf edilib. Alimlərin fikrincə, buna helium rezervuarlar vasitəsilə nail olmaq mümkün olacaq.
Şirkət mütəxəssisləri tərəfindən artıq qatarın mümkün marşrutu hesablanıb. "AeroSlide" qatarının Avropa, Asiya və Afrikanın 41 şəhərindən keçəcəyi nəzərdə tutulur. Alimlərin sözlərinə görə, yeni nəqliyyat Moskvadan Şanxaya olan məsafəni 10 saata qət edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 293 302 302 260 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.