HASANLY

HASANLY İdman 12-12-2019, 14:30

11 vəsiqəyə 19 iddiaçı

11 vəsiqəyə 19 iddiaçı
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.


Loading.Az apasport.az-a istinadən bildirir ki, 12 qrupda mübarizə aparan 48 komanda növbəti matçına çıxacaq.


Son turun görüşləri bu klublardan 19-nun taleyinə aydınlıq gətirəcək. Onlar 1/16 finala 11 vəsiqənin sahibi olmaq üçün mübarizə aparacaq.


Növbəti raunda yüksələn 13 komanda isə ötən turlarda müəyyənləşib. Son turun qarşılaşmaları 16 klub üçün avrokubok mövsümündə sonuncu matç olacaq. Bunlar tur adlamaq şansını itirənlərdir. Belə uğursuzlardan ikisi Bakıda üz-üzə gələcək. Azərbaycan çempionu "Qarabağ" Lüksemburq təmsilçisi "Düdelanj"ı qəbul edəcək.


Qonşu Türkiyənin üç komandasından ikisi üçün də tur əhəmiyyət kəsb etmir. "Bazel"in qonağı olacaq "Trabzonspor"un sonuncu yeri tutması rəsmiləşibsə, "Vulverhempton"la səfər görüşünə çıxacaq "Beşiktaş" son sıranı tərk etməyə çalışacaq.


1/16 final şansı qalan yeganə Türkiyə klubu "Başakşəhər"dir. İstanbullular bunun üçün Mönhenqladbaxda "Borussiya"ya qalib gəlməlidirlər.


Qeyd edək ki, APOEL, "Alkmaar", "Bazel", "Braqa", "Seltik", "Espanyol", "Gent", LASK, "Mançester Yunayted", "Sevilya", "Sportinq", "Volfsburq", "Vulverhempton" klubları artıq 1/16 final mərhələsinə yüksəliblər.


Avropa Liqası
Qrup mərhələsi
VI tur, 12 dekabr


A qrupu
21:55. APOEL (Kipr) - "Sevilya" (İspaniya)
21:55. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 606 480 526 497 568

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.