HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 14:30

“Huawei” öz əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb

“Huawei” öz əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb
"Huawei" şirkətinin nümayəndəsi "Android" sisteminin əvəzetməsi kimi hazırlanan "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk smartfonun 2020-ci ilin avqustunda təqdim ediləcəyini rəsmən elan edib.
Loading.Az ictnews.az-a istinadən bildirir ki, "Huawei"nin proqram təminatının hazırlanması bölməsinin rəhbəri Van Çenqlu deyib ki, sözügedən əməliyyat sistemi həm yerli, həm də qlobal bazarlar üçün istehsal edilmiş smartfonlar üçün əlçatan olacaq. Lakin Çenqlu qeyd edib ki, şirkət hələ ki öz smartfonları üçün "Android" sisteminə üstünlük verir.
O, həmçinin deyib ki, "HarmonyOS" sistemi açıq koda malikdir və davamlı olaraq təkmilləşdirilir. Şirkətin nümayəndəsi bildirib ki, sözügedən əməliyyat sistemi yalnız smartfonlar üçün deyil, həm də Çin istehsalçısının "ağıllı" saat, kompüter və başqa cihazlarında tətbiq edilə bilər. "Counterpoint Research" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə 2% bazar payına malik olacaq "HarmonyOS" sistemi populyarlığına görə beşinci əməliyyat sistemi olacaq.
Bildirək ki, "HarmonyOS" əməliyyat sistemi avqustun 9-da təqdim edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 327 367 335 309 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.