HASANLY

HASANLY İdman 12-12-2019, 16:00

"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək

"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək
"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la bugünkü oyuna baş məşqçisiz çıxacaq.
Loading.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın çalışdırıcısı Bertran Krassonun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Görüşü tribunadan izləməli olacaq  belçikalı mütəxəssis matç zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək. O, komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 383 438 364 388 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.