Adamyeyən köpəkbalığı dalğıcları parçalamaq istəyərkən ÖLDÜ - ANBAAN VİDEO

Meksikanın Aşağı Kaliforniya ştatındakı Qvadelupa adasının sahil sularında dalğıclar adamyeyən köpəkbalığı kimi tanınan böyük ağ köpəkbalığın ölümünün şahidi olublar.

LOADİNG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, meksikalı Arturo İslal Allendenin paylaşdığı həmin görüntüləri "Daily Mirror" yayıb.

9 oktyabrda çəkilən kadrlardn göründüyü kimi, agressiv köpəkbalığı 4 dalğıcın olduğu qəfəsə daxil olmaq istəyərkən, onlardan bir metr aralıda ilişib qalır, azad olmaq istəyərkən isə ölümcül yaralanır. Yırtıcının qana boyanmış cəsədi okeanın dibinə çökür.


Adamyeyən köpəkbalığı dalğıcları parçalamaq istəyərkən ÖLDÜ - ANBAAN VİDEO

Suyun dibinə enməni təşkil edən "Nautilus" turizm şirkətinin nümayəndələrinin sözlərinə əsasən, böyük ağ köpəkbalığı nadir hallarda aqressiya göstərir. Onlar 16 illik iş təcrübələrində ilk dəfə belə hadisəylə rastlaşdıqlarını vurğulayırlar.

Şirkətin qanuna əməl etdiyi və böyük ağ köpəkbalığı olan ərazilərdə ekskursiya üçün icazə alındığı qeyd olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 349 327 270 340 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.