HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 16:00

“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi
14:59
Dekabrın 11-də saat 18 radələrində metronun "Neftçilər" metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.
Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.
---------
09:29
Dünən axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.
Loading.Az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.
Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamya çıxarılıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Bundan sonra polis vətəndaşı qatar yolundan çıxarıb".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
351 360 342 312 316 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.