Məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atılacaq - Nazir müavini
"Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur".
Loading.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətçəkən aktual məsələlərdəndir: "Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, ucqar məktəblərdə təhsil alan şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir".