HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 18:30

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək
"Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək".
Loading.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədə təxminən 3 minə yaxın psixoloqun istirakı arzuolunandır: "Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir və hazırkı diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqlarının artımı məsələsi də tərəfimizdən müzakirə olunan vacib məsələlərdən olacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 290 327 304 305 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.