Happy =) -3
Gecə yarıdır. 2 killer küçənin başında durub, qurbanların gözləyir.
Biri:
-Saat neçədir?
-Artıq gecə yarını keçib.
-Mən artlq narahat olmağa başladım. Bəlkə başına bir iş gəlib?
Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar:
-Su, tez olun. Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur:
-Qaynanmışdı.
Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır:
İçki öldürür. Sabahsı gün komandir yazının altında bir yazı daha görür: Əskərlər ölməz.
Bir gün uşaq evə gəlib anasına deyir:
-Ana, bu gün müəllim bir sual verdi, hamıdan birinci mən cavab verdim.
Anası deyir:
-Ay mənim ağıllı balam, nə sual verdiki müəllim?
-Dedi ki məktəbin aynalarını kim sındırıb? Mən də tez əlimi qaldırıb dedim ki, mən.
Bir gün ana dovşana gəlib deyirlər ki:
-Oğlunuz dərslərini pis oxuyur, hər gün 2 alır.
Ana dovşan deyir:
-Xeyr, yalan danışmayın, mənim oğlum nə versələr alandır...
Bir gün dəlixananın müdürü dəliləri yoxlamağa gəlir, deyir görək hansısa ağıllanıb? Görür ki həyətdə dəlilərdən biri divara maşın şəkli çəkir. Öz-özünə fikirləşir ki yəqin bu ağıllanıb. Dəliyə yaxınlaşıb soruşur:
-Sən o maşın şəklini nə edəcəksən, neynirsən onu?
Dəli deyir:
-Sürüb evimizə gedəcəm.
Uşağın 5 yaşı olur,amma o hələ də danışmır.Ailəsi çox narahat olur.Bir gün səhər yeməyinde uşaq "hardadi eee bu qənd?” deyəndə atası və anası şoka düşürlər və atası soruşur:
-Oğlum,bəs, bu günə qədər niyə danışmırdın?
Oğlu cavab verir:
-Bu günə qədər hər şey yolunda idi.
Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
- Nəyə gülürsən?
- Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Amma bu dəfəkini heç eşitməmişdim.
85 yaşlı bir qoca kişi 80 yaşlı qoca arvadına deyir:
Gəl, cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə görüşək.
Qoca həmin yerə gedib arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə qayıdır və arvadından soruşur:
-Niyə gəlmədin?
Arvad da deyir:
-Atam buraxmadı.






