HASANLY

HASANLY Xəbərlər 13-12-2019, 12:30

"Eurovision" mahnı müsabiqəsində Avstriyanı Filippin əsilli müğənni təmsil edəcək

"Eurovision" mahnı müsabiqəsində Avstriyanı Filippin əsilli müğənni təmsil edəcək
Filippin əsilli Vinsent Bueno adlı müğənni 65-ci "Eurovision-2020" mahnı müsabiqəsində Avstriyanı təmsil edəcək.
Loading.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə xəbəri Avstriya Teleradiosu (ORF) yayıb. Teleradio ötən illərdə olduğu kimi, bu il də müsabiqə təşkil etmədən ölkə üzrə təmsilçini müəyyən edib.
34 yaşlı müğənni 2008-ci ildə "Musical! Die Show" müsabiqəsini qazandıqdan sonra musiqiçi kimi tanınıb. Teatr və müzikl tamaşalarında müxtəlif rolları ilə sevilən V. Bueno musiqi yarışmasına "Alive" mahnısı ilə yollanacaq.
Qeyd edək ki, iştirakçı ölkələr öz namizədlərini martın ortalarına kimi müəyyən etməlidirlər. Avstriyada iştirakçının geniş tamaşaçı kütləsi tərəfindən deyil, telekanalın jürisi tərəfindən seçilməsi ölkədə bu müsabiqəyə olan marağın aşağı olduğunu göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 313 303 359 314 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.