HASANLY

HASANLY Xəbərlər 13-12-2019, 13:30

Bu ölkədə pensiya min avroya qaldırılır

Bu ölkədə pensiya min avroya qaldırılır
Fransanın Baş naziri Eduard Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.
Loading.Az axar.az-a istinadən xəbər verir ki, hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç - universallıq, bərabərlik və məsuliyyətlilik - prinsipə əsaslanır. Bununla yanaşı, Baş nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 365 297 275 335 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.