"Birdən-birə böyük dəyişiklik etmək risk olar" - Qurban Qurbanov
Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Bakıda Lüksemburqun "Düdelanj" klubu ilə heç-heçə edən (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Loading.Az sportal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Bizim üçün o qədər də yaxşı olmayan nəticə qeydə alındı. Ancaq hamımız bir yerdə olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun oldu. Meydanda hər şeyi gördük. Həm qol oldu, həm qırmızı vərəqə. Futbolçulara təşəkkür edirəm ki, sona kimi nəticəni dəyişmək üçün mübarizə apardılar. Şükürlər olsun, matçı ən azından bərabərliklə bitirə bildik. Çətin də olsa, məğlub olmadıq.
- Qol buraxandan sonra "Qarabağ" daha istəkli oldu. Əvvəldən niyə belə həvəs yox idi?
- Rəqib fərqli sistemdə oynayırdı. Hər hansı komanda pressinq etmək istəyirsə, bu ilk hissədə daha yaxşı olunur. Fasilədən sonra pis başlamadıq. Ancaq düşünmədiyimiz qırmızı vərəqə oldu. İstək siz deyildik. Ancaq ümumən komandada belə ab-hava var idi ki, APOEL-lə ikinci oyundan sonra sanki mövsüm bitmişdi. Belədə onları oyunlara kökləmək asan deyildi. Bu gün komanda ilk dəqiqələrdən istəkli idi. Ancaq rəqibi də nəzərə almaq lazımdı ki, nə qədər oynamaq imkanı verirlər. Qol buraxanda da 10 nəfərlə idik. Bundan sonra başqa çıxış yolumuz yox idi, risk etməli idik.Əks-hücumlarda tutula bilərdik. Oyunun dəyişməsinin səbəbi risk etməyimiz idi.
- "Qarabağ"ın qrupdan çıxmaq şansının olmadığı bəlli idi. Sınma anı APOEL-lə burdakı oyunda oldu, yoxsa səfərdəki matçda?
- Görünən odu ki, cavab oyunu. Düzdü, hər şey bitməmişdi, ancaq rəqib artıq önə keçmişdi. Bakıdakı görüşdən sonra hələ 2-ci idik. Sınma anı APOEL-lə səfər matçının son 10 dəqiqəsi oldu. Bəlkə də, orda 3:0 qalib gəlməliyik. Həmin məğlubiyyət bizim üçün böyük zərbə oldu. O görüşdən sonra futbolçular həddən artıq məyus oldular. Ancaq bu, bizim işimizdi. Hər turnirdə ən yaxşısını etməyə çalışırıq. Nə qədər alındığını sonda görürük.
- Bu oyun daha vacib idi, yoxsa qarşıdan gələn "Keşlə" ilə kubok matçı daha əhəmiyyətlidi?
- Bu gün bu oyunu fikirləşirdik. Ən azı 3-cü yeri qorumaq istəyirdik. Nə qədər bu matç vacib idisə, növbəti görüş də o qədər əhəmiyyətlidi.
- "Qarabağ" qrupda gücünə uyğun pillədə qərarlaşdı?
- Hər oyun yaxşı çıxış edib, nəticə qazanmaq istəyirik. Bir neçə dəfə demişik ki, bəxtimiz gətirmədi, şansları istifadə edə bilmədik. Bir neçə gün əvvəl oyunları yenidən analiz etdik. İndiyə kimi APOEL-lə görüşlərdəki qədər qol epizodu yaratdığımız rəqib olmayıb. Ancaq bu, o demək deyil ki, onlar 2-ci yerə layiq deyillər. Bu, bəhanə olmamalıdı. Deməli, daha çox qol epizodu yaratmaq lazımdı. İndi bununla razılaşmalıyıq. APOEL bizdən üstün oldu. Ancaq yenə onlara qarşı oynasaq, çəinməyəcəyik və qalib gəlməyə çalışacağıq.