Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 13-12-2019, 20:11

Bakıda dəhşətli qəzada ölən şagirdin anasına son mesajı: "Mam…" – FOTO

Bakıda dəhşətli qəzada ölən şagirdin anasına son mesajı: "Mam…" – FOTO
Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son mesaj ortaya çıxıb. 

LOADİNG.AZ-ın cebhe.info-ya istinadən əldə etdiyi məlumata görə, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib.

Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin tək övladı olub. Atası Bəxtiyar Sultanlı illərdir ki, Rusiyada çalışır. Deyilənə görə, son vaxtlar atanın ailəsi ilə əlaqəsi kəsilib. Ata qızının öldüyündən hələ də xəbərsizdir.

Xatırladaq ki, iki gün əvvəl Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib. Hadisə nəticəsində maşın altında qalan 11-ci sinif şagirdləri Tural Cabbarov və Dilarə Sultanlıdır. Hər iki şəxs aldıqları xəsarətlərdən vəfat ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 322 326 280 371 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.