Kənan Heydərov

Kənan Heydərov İdman 13-12-2019, 21:15

"Messi dövrünün ən yaxşısıdı" - Ronaldinyo

"Messi dövrünün ən yaxşısıdı" - Ronaldinyo
Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo "Barselona"dakı sabiq komanda yoldaşı Lionel Messinin 6-cı dəfə "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

LOADİNG.AZ marc.az-a istinadən xəbər verir ki, "sambaçı" Messinin buna layiq olduğunu söyləyib.
Ancaq o, argentinalının futbol tarixinin ən yaxşısı adlandırılması ilə razı deyil: "Mən Leoya görə xoşbəxtəm. Çünki o, mənim dostum və "Barselona"nın simasıdı. Ancaq onun digər böyük oyunçularla daim müqayisə edilməsini xoşlamıram. Maradona, Pele, Ronaldo var. Daim tarixin ən yaxşı oyunçusunu axtarmayın. Leonun tarixin ən yaxşısı olduğunu söyləyə bilmərəm, ancaq dəqiq öz dövrünün ən yaxşı oyunçusudu".

Qeyd edək ki, Lionel Messi 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top"u qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 419 474 335 375 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.