Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 13-12-2019, 22:21

"Çox dua etdim ki..." - Abbas küsülü olduğu Zamiqdən danışdı

"Çox dua etdim ki..." - Abbas küsülü olduğu Zamiqdən danışdı
“Mən Röyanı Zamiqə qısqanmıram. Şəxsi münasibətlərimizin başqasına aiddiyyəti yoxdur. Əgər Zamiqlə münasibətim yoxdursa, Röyaya deyim, Zamiqlə şəkil paylaşma? O da insandır. Sevilir, özünəməxsus həyat tərzi var. Heç kimlə düşmənçiliyim yoxdur”.

Bu sözləri Əməkdar artist Abbas Bağırov “Show News”un suallarını cavablandırarkən küsülü olduğu həmkarı Zamiq Hüseynov haqda deyib.

Sənətçi bildirib ki, Zamiqin ata olma xəbəri onu sevindirib:

“Münasibətdə müəyyən problemlər var, bəlkə, zamanı gələr dəyişilər. Görüşəndə “salam-sağ ol” edirik. Dəfələrlə məclislərdə səhnəyə çıxanda bir-birimizi elan edirik. Elə məclislər olub ki, eyni masada da əyləşmişik. Uğurlarına sevinirəm. Mən də atayam, çox sevindim. Çox dua etdim ki, salamat böyüsün, valideynlərinə layiqli övlad olsun. Üz-üzə gəlsək, təbrik edərəm”.

Qeyd edək ki, sənətçilər uzun müddətdir küsülüdür. A.Bağırov küsülülüyün səbəbi kimi Zamiqin onun ad gününü yarımçıq tərk etməsi və ailəsindəki xeyir işinə gəlməməsini göstərib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 340 426 336 321 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.