HASANLY

HASANLY Xəbərlər 14-12-2019, 15:00

Bakıda avtobus qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda avtobus qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi
Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.
Loading.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.
Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.
---------
Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Agentlikdən verilən məlumatda bildirilir ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi "Daş yol" adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.
Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 467 429 445 551 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.