Vulkan qurbanlarının sayı 16 nəfərə çatdı
Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.
Bu barədə ölkə polisi mətbuata açıqlama verib.
Məlumata əsasən, vulkanın püskürməsi nəticəsində xəsarət alan və Avstraliyada xəstəxanaya yerləşdirilən kişi vəfat edib.
Qeyd edək ki, vulkan püskürməsi dekabrın 9-da Uayt-Aylend vulkanik adasında baş verib. Bir neçə nəfər itkin düşmüş sayılır. Xəsarət alan 31 nəfərdən 27-sinin bədəninin 30%-dən çoxu yanıb, bir çoxunun nəfəs yolları zədələnib. Polis adada sağ qalanların olmadığını ehtimal edir.