Əfsanəvi qrupun BU HİTİ "Youtube"-da BİR MİLYARD baxış toplayıb - VİDEO
Əfsanəvi "Nirvana" rok qrupunun "Smells Like Teen Spirit" mahnısının klipi "Youtube"-da izləmə rekordu qırıb.
LOADİNG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, 2009-cu ildə yüklənən video bir milyarddan çox baxış sayı toplayıb.
Hazırda bu, 90-cı illərin ikinci ən populyar musiqi videosudur. Birinci yerdə "Guns 'N' Roses" qrupunun 1,3 milyard baxışı olan "November Rain" klipidir.
"Smells Like Teen Spirit" mahnısı "Nirvana" qrupunun 1991-ci ildə çıxan "Nevermind" albomuna daxil olan ilk sinqlıdır və dəfələrlə bütün dövrlərin ən möhtəşəm mahnılarının siyahısına düşüb.
Əfsanəvi "Nirvana" 1987-ci ildə Vaşinqton ştatında vokalçı və gitaraçı Kurt Kobeyn və basçı Krist Novoselic tərəfindən yaradılıb. Qrupun qısa, lakin çox parlaq tarixçəsi Kobeynin ölümündən sonra, 5 aprel 1994-cü il tarixində sona çatsa da, qrupun populyarlığı illərlə daha da artıb.