Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 6-01-2020, 22:02

"Qızıl Qlobus 2020" mükafatlarının laureatları bəlli oldu

"Qızıl Qlobus 2020" mükafatlarının laureatları bəlli oldu
Los-Ancelesdə sayca 77-ci "Qızıl Qlobus" mükafatlarının laureatları elan edilib. 

"1917" filmi ən yaxşı dram filmi elan edilib. "Bir dəfə Hollivudda" filmi isə "Ən yaxşı film-komediya və ya müzikl" janrında qalib gəlib.

Aktyor Xoakin Feniks "Coker"filmindəki roluna görə ən yaxşı dram aktyoru elan edilib. "1917" filminin rejissoru Sem Mendes də ən yaxşı rejissor mükafatına layiq görülüb.

"Parazitlər" filmi ən yaxşı xarici film mükafatı qazanıb. "Çernobıl" filmi ən yaxşı dram serialı, "İtirilmiş əlaqə" ən yaxşı animasiya filmi seçilib.

Kventin Tarantino "Bir dəfə Hollivudda" filminə görə "Qızıl Qlobus" alıb. Rene Zellveger isə "Cudi" filmindəki roluna görə ən yaxşı qadın aktrisa seçilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 533 528 526 480 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.