Avstraliyadakı yanğınlara görə ağlayaraq kömək istədi - VİDEO

Məşhur aktrisa Marqo Robbi Avstraliyada baş verən yanğın hadisələrinə görə ağladığı videonu paylaşıb.

LOADİNG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa 18 milyona yaxın izləyicisi olan sosial media hesabında yayımladığı video ilə yanğınlara diqqət çəkərək fanatlarından kömək istəyib: "Ölkəmizin(Avstraliya) nə qədər gözəl olduğunu görməyinizi istəyirəm. Həqiqətən, çox gözəldir və bu olanlar canımızı yandırır".

Robbinin "Qızıl Qlobus" mükafat gecəsindən öncə belə bir paylaşım etməsi izləyiciləri tərəfindən təqdir edilib və videoya xeyli şərh gəlib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
269 296 276 278 265 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.