Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 9-01-2020, 09:36

Deputatlıq sevdasına düşən məşhurlar

Deputatlıq sevdasına düşən məşhurlar
Növbədənkənar Parlament seçkilərinin vaxtı bəlli olandan sonra bir çox tanınmış millət vəkili olmaq sevdasına düşüb.

LOADİNG.AZ
axsam.az-a istinad deputatlığına namizəd olan şou-biznes nümayəndələrinin siyahısını təqdim edir:

Əməkdar artist Elza Seyidcahan illərdir millət vəkili olmaq arzusunu dilə gətirir. Hətta bu istəyinə görə müğənni dəfələrlə tənqid edilib, qalmaqal yaşayıb. Bu dəfə isə Seyidcahan arzusuna bir addım yaxınlaşıb. O, artıq imza toplamaq işinə də başlayıb. Müğənni 500-dən çox imza topladığını söyləyib.

Digər deputat olmaq sevdasına düşən tanınmış isə aparıcı Tural Ozandır. O da imza toplamağa başladığını deyib.

Aparıcı Aytən Səfərova da deputat olmaq istəyir. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizəd olan aparıcı imza toplamaq üçün ora yollanıb.

Deputatlığa namizədlərin sırasında aktrisa Könül Yusifqızı yer alıb. O, Abşeron rayon 45 saylı seçki dairəsindən namizədliyini irəli sürüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 471 382 445 429 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.