_OrXaN_

_OrXaN_ Texnologiya 11-08-2016, 23:43

İnsan beyninə müdaxilə etmək mümkün olacaq

İnsan beyninə müdaxilə etmək mümkün olacaq
İnsan beyninə müdaxilə etmək mümkün olacaq

Yaxın gələcəkdə hakerlər insan beyninə müdaxilə edə biləcəklər

Yaxın gələcəkdə insan beyninə implantasiya olunan elektronika adiləşə bilər. Futuroloqların proqnozuna görə, implantatlar mərkəzi sinir sistemini əlavə güclə təmin edəcək və insanın düşünmə qabiliyyətini xeyli genişləndirməyə kömək edəcək. Bundan başqa, birbaşa mərkəzi sinir sisteminə impulslar göndərməklə ən müxtəlif xəstəliklərin müalicəsi mümkün olacaq.

Avqustun 1-də “Google” tərəfindən təsis edilmiş yeni şirkət 2023-cü ilədək miniatür elektrik implantatlar hazırlamağı qarşısına məqsəd qoyub. Üzvi elektronika artrit, diabet və astma kimi xroniki xəstəliklərin müalicəsinə imkan verəcək. Bununla belə, beyin-kompyuter interfeysi beyin üçün təhlükə yarada bilər.

Vaşinqton Universitetinin biorobot texnikası laboratoriyasının elektrik mühəndisi Hovard Çijekin proqnozuna görə, artıq yaxın gələcəkdə kibercinayətkarlar birbaşa insan ağlına müdaxilə edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
632 593 565 568 506 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.