Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 10-01-2020, 20:46

Aparıcı Acun müğənni Əmraha 84 MİN TƏZMİNAT ÖDƏYƏCƏK - SƏBƏB

Aparıcı Acun müğənni Əmraha 84 MİN TƏZMİNAT ÖDƏYƏCƏK - SƏBƏB
Məşhur Türk televiziya prodüseri və aparıcısı Acun Ilıcalı müğənni Əmrah Ərdoğana 80 min lirə (23 192 manat) təzminat ödəyəcək.

LOADİNG.AZ-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, Əmrah "O Ses Türkiye", "Yetenek Sizsiniz" və "Rising Star" adlı yarışma proqramlarında onun "Unuta bilsem", "İhtiyacı Var" və "Götür Beni Gittiğin Yere" mahnılarından icazəsiz istifadə etdiyi üçün iki il öncə "Acun Medya" şirkətini məhkəməyə verib.

Məhkəmə hazırda onun xeyrinə qərar çıxararaq, şirkətin Əmraha 84 min türk lirəsı (30 min lirə mənəvi, 54 min lirə maddi) məbləğində təzminat ödəməli olduğunu bildirib.

Lakin qeyd olunur ki, Əmrah 30 min lirə maddi, 119 min lirə mənəvi təzminat olaraq, cəmi 149 min lirə tələb etmişdi. "Acun Medya" yarışlarda istifadə olunan mahnılara görə peşə birliklərinə ödəniş etdiyini vurğulayaraq, Əmrahın tələb etdiyi məbləğin həddən artıq çox olduğunu demişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 389 366 378 401 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.