Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 10-01-2020, 23:46

Leonardo Di Kaprio Avstraliyadakı yanğınlara pul ayırdı

Leonardo Di Kaprio Avstraliyadakı yanğınlara pul ayırdı
Tanınmış aktyor Leonardo Di Kaprionun da təsisçisi olduğu “Earth Alliance” xeyriyyə təşkilatı Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə üç milyon dollar yardım ayırıb.

Təşkilatın “Twitter” hesabında məlumat verilir ki, xeyriyyə təşkilatı yanğınların söndürülməsinə, vəhşi təbiətin qorunmasına və bərpasına üç milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Qeyd edək ki, Avstraliyada ötən ilin oktyabr ayından bəri davam edən yanğınlarda milyonlarla hektar ərazi külə dönüb. Meşə yanğınları nəticəsində 16 nəfərin həlak olduğu, 17 nəfərin itkin düşdüyü bildirilir. Materikin flora və faunasına ciddi ziyan dəyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 373 388 369 381 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.