Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 12-01-2020, 15:26

Həftənin ilk gününün hava proqnozu: Qar, yağış, külək, duman

Həftənin ilk gününün hava proqnozu: Qar, yağış, külək, duman
Azərbaycanda həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı proqnozlaşdırılır. 

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa 

yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. 

Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 337 326 321 255 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.