Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 19-01-2020, 16:24

Ana azyaşlı qızını ac-susuz qoyub öldürüb

Ana azyaşlı qızını ac-susuz qoyub öldürüb
Rusiyanın Kirov vilayətində ananın səhlənkarlığı uşağın ölümünə səbəb olub.
“RİA Novosti”nin xəbərinə görə, Mariya Plenkina azyaşlı qızını günlərlə evdə nəzarətsiz qoyaraq gedib.

Aclıq və soyuq üç yaşlı uşağın ölümünə səbəb olub.

Xüsusi qəddarlıqla qızının ölümünə səbəb olan anaya hökm oxunub.

Məhkəmə qərarı ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qadın, eyni zamanda, 7 min rubl (193 AZN) məbləğində cərimə ödəyəcək.

Məhkəmə prosesində Plenkina ərinin uşaq doğulandan sonra onları atıb getdiyini bildirib, lakin övladını nə üçün günlərlə ac-susuz, nəzarətsiz qoyduğunu açıqlamayıb. Məlum olub ki, anası və nənəsi maddi ehtiyacları üçün onları pulla təmin edib. Lakin qadın pulu başqa məqsədlər üçün xərcləyib.

Psixiatr qadının psixi problemləri olmadığı, eyni zamanda, insanlara qarşı empatiya duymayan və qeyri-həssas insan olduğunu bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
297 304 262 268 341 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.