SON DƏQİQƏ! Daha bir təyyarə qəzaya uğradı
Əfqanıstanın mərkəzində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə "TOLO News" xəbər yayıb. Bildirilir ki, qəza Qazni vilayətinin Dex Yak kəndində baş verib. Sözügedən ərazi Taliban qruplaşmasının nəzarəti altındadır. Hazırda qəza meydana gələn əraziyə xilasedicilər göndərilib.
Bildirilir ki, təyyarə "Ariana Afghan Airlines" şirkətinə məxsusdur. İlkin məlumata görə, təyyarədə 83 sərnişin olub. Ölənlər barədə və hadisənin detalları barədə məlumat yoxdur.