Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-02-2020, 18:18

Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu - FOTOLAR

Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu - FOTOLAR
ABŞ-ın Missuri ştatından olan 39 yaşlı Akişa Lendin xarici görünüşünü sosial şəbəkə istifadəçiləri qızğın müzakirə edib.

O, “Instagram” hesabında övladı ilə fotosunu paylaşdıqdan sonra şahzadə Harrinin xanımı Sasseks hersoqinyası Meqan Markla bənzərliyi ilə hər kəsi heyrətləndirib.

Bu barədə “The Sun” xəbər yayıb.

Paylaşım internetdə virus kimi yayılıb və 16 min “bəyənmə” alıb, həmçinin, 158 min yeni istifadəçi onu izləməyə başlayıb.

“Əvvəl elə bildim ki, Meqansan”, “Vau, Markl kimi görünürsən”, “Meqanın əkiz bacısı”, - deyə şərhçilər təəccüblərini bildiriblər.

Amerikalı qadın etiraf edib ki, küçədə onu tez-tez Sasseks hersoqinyası ilə dəyişik salırlar.

“Hətta ən yaxın dostlarım və ailəm də bunu deyir. Bunu kompliment kimi qəbul edirəm, çünki o, ecazkar qadındır”, - deyə Lend bildirib.

Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu - FOTO

Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu - FOTO

Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu - FOTO

Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 386 430 389 395 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.