Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-02-2020, 14:31

Koronavirusdan necə qazanırlar?

Koronavirusdan necə qazanırlar?
Çindən artıq dünyaya yayılmaqda olan koronavirusdan böyük miqdarda pul qazananlar var.

LOADİNG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunlar dərman istehsal edən şirkətlərin, eləcə də kimyəvi qorunma vasitələri istehsalçılarının aksiyalarının sahibləridir. Bu barədə sövdələşmələrin nəticələrindən bəlli olub.

Ən çox koronavirus testini işləyib hazırladığını bəyan edən "Novacyt" şirkətinin səhmlərinin qiyməti qalxıb. Həmin test insanın virusa yoluxub-yoluxmadığını təyin edir. Şirkətin səhmləri sövdələşmə sessiyasında yanvarın 31-də 68.7 faiz artıb.

Tibbi maska və kimyəvi qorunma vasitələri istehsal edən şirkətlər də "hörmətdədir" - "Allied Healthcare"in səhmləri 27.5%, rəqibləri "Lakeland Industries", "Alpha Pro Tech" və "3M"in kağızları isə müvafiq olaraq 5,1, 6,2 və 0,3 faiz bahalanıb.

Farmasevtik şirkətlərdən "Inovio" (13,3 faiz), "Vir Biotechnology" (4,7 faiz), "Novavax" (2,3 faiz) və "Gilead Sciences"in (0,05 faiz) də səhmlərinin qiyməti çoxalıb.

"Inovio"ya marağın artmasına səbəb koronavirusdan vaksin hazırlanması üçün bu şirkətə 9 milyon dollar qrant verilməsi xəbəri olub.

Bu arada Çində tibbi maskaların qiymətini 10 dəfə qaldıran bir aptekə 432 min dollar cəza kəsilib.

Bu günə olan məlumata görə, koronavirusa yoluxanların sayı 9.8 min, ölənlərin sayı 213-dür. 207 nəfər isə bu virusdan sağala bilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 339 335 312 290 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.