Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-02-2020, 14:50

Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur - FOTO / VİDEO

Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur - FOTO / VİDEO
İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.

Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur.
Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə dəyir. Maskalı insan küçənin ortasında yerə yıxılıb. Onun yanından piyada, velosipedlə adamlar keçir. Amma heç kim yaxınlaşmağa cürət etmir.

Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur - FOTO / VİDEO

Ümumiyyətlə, Vuhanda epidemiyanın nəyə qadir olduğunu çox yaxşı anlayırlar. Kimsə yerə yıxılıbsa, deməli, söhbət həmin şəxsin canını tapşırmasından gedir.

Vuhanda ilk dəfə koronavirus keçən ilin dekabrın 12-də qeydə alınmışdı. Son məlumata görə, virusa yoluxanların sayı 10 min nəfəri keçib, 213 çinli həyatını itirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 329 296 292 298 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.