Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-02-2020, 10:52

Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş - FOTO

Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş - FOTO
Bakının Ramana qəsəbəsində dəm qazından vəfat edən MMA idmançısı Arzuman Abbasovun kimliyi müəyyənləşib.

22 yaşlı Arzuman tanınmış MMA döyüşçümüz, “Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.

Qeyd edək ki, həvəskar MMA yarışlarında Azərbaycan çempionu olmuş Arzuman Abbasovun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 393 367 318 363 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.