Bakıda qar zəncirvari qəzaya səbəb oldu, tıxac yarandı
Bakıda zəncirvari qəza olub.
LOADİNG.AZ "report"a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "90-ZE-882" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil sürət həddini aşaraq "90-RP-354" dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobili arxadan vurub.
Sonuncu isə öz növbəsində "99-HD-526" dövlət nömrə nişanlı "Honda" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.
Qəza ilə bağlı prospektdə tıxac yaranıb.