Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 23-02-2020, 12:55

Çində şok görüntü - İnsanlar pullarını pəncərədən çölə atırlar

Çində şok görüntü - İnsanlar pullarını pəncərədən çölə atırlar
Koronavirus səbəbindən karantin altında saxlanılan Çinin Uhan şəhərində insanlar pullarını "həbs olunduqları” evlərin pəncərələrindən atmağa başlayıb.

Uhanda insanların ümidlərini itirdiyini gözlər önünə sərən yeni videogörüntü ortaya çıxıb.

Sosial mediada paylaşılan videoda evlərindən bayıra çıxa bilmədikləri üçün pul xərcləyə bilməyən sakinlərin pullarından təyyarə düzəldərək pəncərələrdən çölə atdığı əks olunub.

Xatırladaq ki, Uhanda insanların küçələrə çıxması qadağan edilib. Hər ailədən bir nəfər xüsusi kartla bayıra çıxıb, gündəlik ərzaq məhsulları ala bilər. Koronavirus ilk dəfə bu şəhərdən çıxdığı üçün rəsmi Pekin burada sərt qadağalar tətbiq edir.

Son xəbərlərə görə, Çində koronavirus səbəbindən ölənlərin sayı 2238 nəfərə çatıb. 75 mindən çox insan isə virusa yoluxub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 334 333 280 371 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.