♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 16-08-2016, 15:00

Noutbuk bazarının lideri məlum oldu

Noutbuk bazarının lideri məlum oldu
Noutbuk bazarının lideri məlum oldu

“Lenovo” şirkəti noutbuk satışında lider olub.

Bu barədə “TrendForce” statistik agentliyinin nümayəndələri məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, bu ilin birinci yarısında ümumilikdə müxtəlif markalardan olan təxminən 74,18 milyon ədəd noutbuk satışa çıxarılıb. Bu cihazların bazarı 2015-ci ilin analoji dövrün nəticələri ilə müqayisədə 4 faiz azalıb.


Cari ildə noutbuklar bazarının lideri bazarda 20 faizdən artıq paya malik “Lenovo” brendi olub. Şirkət bu müddət ərzində 16 milyon ədəd portativ kompüter satışa çıxarıb ki, bu da ötən ilin nəticələrinə nisbətdə 4,5 faiz çoxdur.

“MacBook” seriyasından olan cihazların istehsalı ilə məşhurlaşan “Apple” şirkəti isə müştərilərini itirməyə başlayıb. Hazırda “Apple”nin bazardakı payı cəmi 7,9 faizdir. Bu da ötən ilin nəticələri ilə müqayisədə 25 faiz azdır. “Asus” və “Dell” şirkətlərinin satışları da azalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
724 735 633 590 676 675

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.