Sun.Az - Həyat Hekayəni Yarat
reklam
♥Мой Мир♥

♥Мой Мир♥ Bürclər 17-08-2016, 10:00

Günün qoroskopu (17.08.2016)

Günün qoroskopu (17.08.2016)
Sun.Az xəbər saytı
Günün qoroskopu (17.08.2016)

QOÇ – Büdcənizi artırmaq üçün geniş imkanlarınız var. Boş-boşuna vaxt itirməyə çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.

BUĞA
- Bu təqvimi sizin üçün avqustun ən uğurlu günlərindən biri zənn etsək, yanılmarıq. Bazar günü olmasına baxmayaraq, istirahətə yer ayırmaq mümkünsüz görünür. Başqalarının işinə qarışmayın.

ƏKİZLƏR
– Bu gün uğur əldə etmək istəyirsinizsə, risk etməkdən qorxmayın. Bir də çalışın ki, hədəfiniz sağlam olsun. Neçə vaxtdan bəri davam edən maliyyə problemləriniz də aradan qalxmalıdır.

XƏRÇƏNG
– Bütün gücünüzü ortaya qoyub məqsədlərinizi reallaşdırın. Kiminsə köməyinə tam ümidlə bel bağlamayın. Belə həssas məqamlarda mənasız dedi-qoduya vaxt ayırmayın.

ŞİR
– Hər şeydən əvvəl haqqınızı qorumalısınız. Bu vaxta qədər keçdiyiniz yoldan, xüsusən də buraxdığınız səhvlərdən nəticə çaxarın. Yaxın 5 gündə bu analizlərin həyatınızı dəyişəcəyinə inanın.

QIZ
– Maraqlı simalarla rastlaşma ehtimalınız böyükdür. Bu isə öz-özlüyündə planlarınızın sürətli inkişafında əhəmiyyətli rol oynayacaq. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.

TƏRƏZİ
– Gələcək həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin. Saat 18-20 arası yeniliklər gözlənilir.

ƏQRƏB
– Gün ərzində daha çox sağlıq durumunuzu nəzarətdə saxlayın. Özünüzü iqlimin şıltaqlığına hazır tutun. Bunu bacardığınız təqdirdə hər hansı problem çıxmayacaq. Bu gün yeni əlaqələr uğur vəd edir.

OXATAN
– Ailə-sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.

OĞLAQ
– Gündəlik ünsiyyətdə olduğunuz hər kəslə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Bacarıqsız adamlarla münasibətləri zəiflədin. Varlanmaq üçün imkan qazanacaqsınız.

SUTÖKƏN
- Ailə üzvlərinizlə müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq gedin.

BALIQLAR
– Ziddiyyətli bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir. Bunların ən yaxşısını seçin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 462 457 477 445 487

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.