Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 18:59

Çində bir günə 900-dən çox adam koronavirusdan SAĞALDI

Çində bir günə 900-dən çox adam koronavirusdan SAĞALDI
Çində gün ərzində 922 nəfər "COVID-19" koronavirusundan sağalıb, bu müddətdə infeksiyaya yoluxanların sayı isə cəmi 13 nəfərdir.

LOADİNG.AZ-ın tass-a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsindən bildirilib.

Çində daha 11 sakin koronavirusdan dünyasını dəyişib və bununla "COVİD-19" qurbanlarının ümumi sayı bu ölkədə 3237-ə çatıb.

Eyni zamanda, gün ərzində sağalan insanların faiz nisbəti 84,9% -dən 86% -dək yüksəlib.

Daha öncə Ümumdünya Səhiyyə Təşkilatı Çindən kənarda koronavirus xəstəliyinə yoluxan və bu xəstəlikdən ölənlərin sayının Çindəkindən çox olduğunu bildirmişdi. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 411 371 378 362 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.