Koronavirusa qarşı YENİ DƏRMAN - "Favipiravir"
Koronavirusa qarşı "Favipiravir" adlı dərman sınaqdan keçirilərək çox təsirli adlandırılıb.
LOADİNG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pekindəki elm-texnologiya departamentinin rəsmisi bildirib.
Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zhang Sinminin sözlərinə əsasən, Şenzendə 80 xəstənin iştirak etdiyi klinik araşdırma göstərib ki, "Favipiravir" dərmanı yeni növ koronavirusdan sağalma müddətini 11 gündən 4 günə endirir. Dərmanın xüsusi yan təsiri müşahidə olunmayıb.
Qeyd edək ki, Çinin Uhan şəhərində peyda olan və qısa müddət ərzində bir çox ölkəyə yayılan yeni növ koronavirus (Covid-19) epidemiyası 7 951 nəfərin həyatına son qoyub.