Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 19-03-2020, 21:53

Gürcüstanda koronavirusa yoluxma sayı artdı

Gürcüstanda koronavirusa yoluxma sayı artdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb.

Bu barədə Stopcov.ge xəbər yayıb.

Bildirilir ki, 1344 nəfər koronavirus şübhəsi ilə karantində saxlanılır. 216 nəfər isə stasionar nəzarətdədir.

Eyni zamanda, virusa yoluxan 40 nəfərdən yalnız birinin sağalaraq evə buraxıldığı vurğulanır.

Qeyd edək ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin nümayəndələri ölkə ərazisində yaxın gələcəkdə koronavirus infeksiyasının artacağının gözlənildiyini bildirmişdilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 327 319 233 369 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.