Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 19-03-2020, 22:00

Sabah Azərbaycana yaz fəsli daxil olacaq

Sabah Azərbaycana yaz fəsli daxil olacaq
Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq.

Yaz fəslinin ölkəmizə qədəm qoyması sabah yerli vaxtla saat 07:49-a təsadüf edəcək. Bununla da gecə ilə gündüz bərabərləşəcək.

Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 543 429 507 533 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.